Previous Next
Bağla

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

23-08-2022 17:50
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

Avqust ayının 22-si cənab Rəşad Nəbiyev “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti ilə görüş keçirdi. R. Nəbiyev Azercell-in strateji təşəbbüsləri və gələcək planları barədə cari status hesabatlarını dinlədi. Cənab nazir, xüsusilə, abunəçilərin dinamik şəkildə artan ehtiyaclarını qarşılamaq üçün ölkə üzrə Azercell şəbəkəsinin genişləndirilməsi və modernizasiyası kimi irimiqyaslı layihənin icrasına dair hesabatla  tanış oldu. Bu layihə  4G şəbəkəsinin tutumunun Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% genişləndirilməsini təmin edəcək. Həmçinin, cənab nazirə şəbəkənin genişləndirilməsi layihəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 80-dən çox yeni 4G baza stansiyasının qurulması və şirkətin satış və xidmət mərkəzlərinin istismara verilməsi haqqında məlumat verildi.

Xeberler.az bildirir ki, nazir telekommunikasiya sənayesinin ən son trendlərinə uyğun olaraq Azercell-in təqdim etdiyi məhsul və rəqəmsal həllər barədə də məlumatlandırıldı.  Belə layihələrə özündə həm maliyyə, həm də mobil rabitə imkanlarını birləşdirərək abunəçilərə rəqəmsal ödənişlər həyata keçirməyə imkan verən fintek həlli aiddir. 

Şirkətin perspektiv planlarına gəlincə, cənab Nazirə əminliklə bildirildi ki, Azercell öz infrastrukturunun genişləndirilməsi və modernizasiyasına yatırım etmək, həm də abunəçiləri üçün innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində təşəbbüslərini davam etdirəcək.
Nazir Azercell komandasına şirkətin həyata keçirdiyi uğurlu layihələrə görə təşəkkür etdi və gələcək təşəbbüslərin həyata keçirilməsində müvəffəqiyyətlər arzuladı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell yeni genişmiqyaslı layihəyə start verdi

02-08-2022

Azercell öz şəbəkəsinin genişləndirilməsini yüksək templə davam etdirir

05-09-2022

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

15-09-2025

Ali Ağan “Azercell Telekom” MMC-nin yeni prezidenti təyin olunub

06-01-2009

Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

22-10-2025

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024

Azercell-dən regionlar üçün sürətli mobil internet

17-05-2018

Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

04-07-2022

Azercell 4G Naxçıvanda

19-01-2023

Azercell şəbəkəsi güclənməkdə davam edir

10-06-2015

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

26-06-2019

“Azercell”in ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib

02-09-2024

Azercell şirkəti Optimal Elektronika MMC-nin yeni rəqəmsal tərəfdaşıdır

21-05-2019

Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

17-09-2024

Təltif olunan rəqəmsal inkişaf və nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

20-09-2024

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023

Azercell baza stansiyalarının sayını artırıb

08-07-2015

İsveç Azercell-in fəaliyyətini yüksək qiymətləndirdi

14-11-2017

Azercell şəbəkəsini sürətləndirib

19-08-2015

Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı ilə görüşüb

10-10-2025

Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

18-10-2019

Azercell müştərilərinin mobil internetdən istifadə həcmi 30 faiz artıb

09-12-2022

"Azercell" Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir

15-12-2021

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə